Xəbər lenti

Müharibə başlayanda Kremlə gətirilən sövdələşmə: Putin onu niyə rədd edib?
Dünya10:25 14.09.2022

Müharibə başlayanda Kremlə gətirilən sövdələşmə: Putin onu niyə rədd edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ukraynaya təcavüzü başlayanda Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak Rusiya prezidenti Vladimir Putinə Kiyevlə bağlandığı iddia edilən ilkin razılaşmanı "gətirib”. Lakin Putin bunu rədd edib və "xüsusi əməliyyatı” davam etdirib.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.
Nəşrin fikrincə, sövdələşmə Rusiyanın Ukraynanın NATO-ya daxil olmaması tələbini təmin etmək idi. Kozakın sözlərinə görə, onun bağladığı müqavilə guya Rusiyanı Ukraynada müharibəni davam etdirmək zərurətindən azad edib. O, Putinə onunla razılaşmağı tövsiyə edib.
Öz növbəsində, "Reuters”in məlumatına görə, Putin Kozakın sövdələşməsi ona təqdim olunanda aydın şəkildə bildirib ki, onun köməkçisi tərəfindən aparılan danışıqlar zamanı əldə olunan güzəştlər kifayət qədər geniş deyil və o, Ukrayna ərazilərinin ilhaqını da əhatə etməklə öz məqsədlərini genişləndirib. Nəticədə saziş iflasa uğrayıb.
"Fevralın 24-dən sonra Kozaka kart-blanş - sövdələşmə əldə etmək üçün icazə verilib. O, sövdələşmə əldə edib və gətirib, bundan sonra isə onu sadəcə qovublar. Bununla da hər şey ləğv edildi. Putin sadəcə hər dəfə planı dəyişirdi", - nəşrin Rusiya rəhbərliyinə yaxın mənbələrindən biri deyib.
Nizami Bağırov