Xəbər lenti

Müharibə başlayandan bəri Ukraynadan 20 minə yaxın kişi qaçıb
Dünya12:30 17.11.2023

Müharibə başlayandan bəri Ukraynadan 20 minə yaxın kişi qaçıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müharibə başlayandan bəri təxminən 20 min kişi orduya çağırılmamaq üçün Ukraynadan qaçıb. Onlar sərhədi qanunsuz keçiblər. Daha 21 mindən çox kişi qaçmağa çalışsa da, Ukrayna hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
BBC qonşu ölkələr Rumıniya, Moldova, Polşa, Macarıstan və Slovakiyadan qeyri-qanuni sərhəd keçidləri haqqında məlumat tələb etməklə müəyyənləşdirib ki, 2022-ci ilin fevralından 2023-cü il avqustun 31-dək 19 740 nəfər qanunsuz olaraq bu ölkələrə qaçıb.
Bu şəxslərin necə qaça bildiyi dəqiq bilinməsə də, Ukrayna rəsmiləri qaçmağa çalışarkən yaxalanan 21 113 nəfərin hansı üsullardan istifadə etdiyini bildirib. Onlardan 14 min nəfər sərhədi piyada keçmək və ya təhlükəli çayları üzərək keçmək niyyətində olub, qalanları isə saxta sənədlərlə ölkəni tərk etməyə ümid ediblər.
Nizami Bağırov