Xəbər lenti

Müharibə cinayətlərində suçlanan prezident məhkədə özünü təqsirli bilmədi
Dünya11:28 03.04.2023

Müharibə cinayətlərində suçlanan prezident məhkədə özünü təqsirli bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kosovonun keçmiş prezidenti Haşim Taçi bazar ertəsi Haaqada keçirilən xüsusi məhkəmə iclasında 10 hərbi cinayət və insanlığa qarşı cinayətdə günahkar olmadığını bildirib.
Bu barədə Qaynarinfo Reuters agentliyinə istinadən xəbər verir.
Taçi 1998-99-cu illərdə Kosovonun Serbiyadan müstəqil olan və onu həmvətənləri arasında qəhrəmana çevirən üsyanla əlaqəsi olan insanlara qarşı təzyiq, qətl, işgəncə və zorla yoxa çıxmada ittiham olunur.
Məhkəmə başlayandan qısa müddət sonra Taçi və onun Kosovo azadlıq ordusu sıralarında və daha sonra sülh dövründə siyasətdə olan yaxın silahdaşları olan digər üç müttəhim özlərini təqsirli bilməyiblər.
"Mən ittihamları anlayıram, ancaq tamamilə günahsızam", - Taçi məhkəmə iclasında bildirib. 
Beynəlxalq hakimlər və prokurorların rəhbərliyi ilə keçirilən proses ittiham tərəfinin açılış çıxışı ilə başlayıb. Müttəhimlərin vəkilləri və Kosovo müharibə qurbanları şurasının nümayəndəsi qarşıdakı üç gün ərzində çıxış edəcək.
Haaqada məhkəmə qarşısında müttəhimləri dəstəkləmək üçün çox sayda etirazçı plakatlar və bannerlər qaldırıblar.
Haşim Taçi Serbiyaya qarşı müharibədə iştirak etmiş Kosovo azadlıq ordusunun keçmiş siyasi lideridir. Döyüş əməliyyatlarının sonunda Taçi siyasətə gəlib və 2008-ci ildən baş nazir, 2016-cı ildən isə Kosovonun prezidentidir.
Kosovo üzrə Xüsusi Məhkəmə Taçini 1998-1999-cu illər müharibəsi zamanı 100-ə yaxın mülki şəxsin qətlinə görə məsuliyyətli hesab edir. 2020-ci ilin noyabrında ona qarşı ittiham irəli sürüldükdən sonra o istefa verib və könüllü olaraq məhkəməyə təslim olub.
Nizami Bağırov