Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı referendumların başa çatdığı yeni ərazilərin Rusiya Federasiyasına mümkün qoşulmasından sonra da davam edəcək.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat
verib.
Onun sözlərinə görə, hələ "Donetsk Xalq Respublikası”nın (DXR) bütün əraziləri azad edilməyib. "Ən azı sizə tam dəqiqliklə deyə bilərəm, bilirsiniz ki, "Donetsk Xalq Respublikası”nın bütün əraziləri hələ də azad edilməyib. Söhbət 2014-cü ilin sərhədləri daxilində olan ərazidən gedir. Ona görə də ən azı "Donetsk Xalq Respublikası”nın bütün ərazisini azad etmək lazımdır”, - Kreml sözçüsü bildirib.
O, həmçinin yeni ərazilərin Rusiyaya birləşdirilməsindən sonra xüsusi əməliyyatın antiterror əməliyyatı kimi formatlaşdırılıb-formatlaşdırılmayacağı ilə bağlı sualı verib.
Peskov buna cavab olaraq bildirib ki, xüsusi hərbi əməliyyatın antiterror əməliyyatına çevrilməsi qərarı yalnız ölkənin ali baş komandanı və prezidenti Vladimir Putinə aid ola bilər.
Xatırladaq ki, iddiaya əsasən, beş günlük referendumun nəticələrinə görə (23-27 sentyabr) üç regionda - DXR, LPR və Zaporojye vilayətinin nəzarətdə olan hissəsində iştirak edən seçicilərin 90%-dən çoxu Rusiyaya qoşulmağa səs verib. Xerson vilayətinin Moskvanın nəzarətində olan ərazisində də 87% birləşmənin lehinə səs verib.
Alpər