Xəbər lenti

Müharibə getdikcə Rusiya ilə Ukrayna arasında silah balansı dəyişir
Dünya11:02 06.07.2023

Müharibə getdikcə Rusiya ilə Ukrayna arasında silah balansı dəyişir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qərb müttəfiqlərinin Ukraynaya yardımı və Rusiya ordusunun verdiyi fəlakətli hərbi texnika itkiləri döyüş meydanında qüvvələr balansını dəyişir. Müharibənin əvvəlində Rusiyanın ağır silahlarda əhəmiyyətli üstünlüyü xeyli azalıb. Tankların sayına görə, Ukrayna ordusu, görünür, Rusiya ordusunu hətta keçib də.
Qaynarinfo xəbər verir ki, Kil Dünya İqtisadiyyatı İnstitutu mayın 31-nə olan təhlili təqdim edərək (əvvəlki təhlil yanvarın 24-nə aid olub) Qərb ölkələrinin Ukraynaya göstərdiyi yardımla bağlı məlumatları yeniləyib.
İnstitunun təhlilinə görə, müharibənin əvvəlindən Ukrayna 471 tank alıb. Bloomberg-in Kil İnstitutunun, Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) və sənədləşdirilmiş itkiləri nəzərə alan Oryx veb-saytının məlumatlarına əsaslanan təhlilinə görə, Ukrayna Silahlı Qüvvələrinin verdiyi itkilər, habelə ələ keçirilən Rusiya texnikası ilə Ukraynanın tank ordusu müharibənin əvvəlində 1000-dən az tankdan 1500-ə qədər artıb. 
Bu arada Rusiya tank ordusu təxminən 2/3 dəfə azaldılıb.
Oryx-in mayın 31-nə olan məlumata görə, Ukrayna 506 tank itirib, yəni müttəfiqlərin köməyi bu itkiləri demək olar ki, kompensasiya edilib. Ukrayna Silahlı Qüvvələrinin əsas "təchizatçı"sı Rusiya olub - onlar düşmənin 500-dən çox tankını ələ keçirə biliblər.
Oryx-in rəqəmlərinə görə, iyunun əvvəlindən, Ukrayna ordusu Rusiya mövqelərinə qarşı hücuma başlayandan bəri daha 52 tank itirib. Lakin Kil İnstitutu qeyd edir ki, Ukrayna müttəfiqlərdən daha 286 vəd edilmiş tank almalıdır.
IISS-in tərtib etdiyi Military Balance məlumat bazasına görə, Rusiya müharibəyə 3417 tankla başlayıb. 31 may 2023-cü ilə qədər Oryx Rusiyanın 2001 tankı itirdiyini qey edib (indi onların sayı 2082-dir, yəni yayda müdafiə zamanı Rusiya ordusu irəliləyən Ukraynadan daha çox maşın itirib). 
İndi Rusiyanın 1400-ə yaxın tankı, Ukraynanın isə 1500 tankı var
Düzdür, Bloomberg qeyd edir ki, bu təhlil müharibə zamanı istehsal olunan və qoşunlara verilən texnikanı nəzərə almır. Britaniya silahlı qüvvələrinin komandanı admiral Toni Redakin bu həftə bildirib ki, Rusiya ən yaxşı halda ildə 200 tank istehsal edə bilər. Düzdür, o, Rusiyanın itkilərini də 2500 tankla qiymətləndirir (Oryx məlumatları mühafizəkar hesab olunur, çünki bütün məhv edilmiş avadanlıqlar, xüsusən də cəbhə xəttində olmayanlar foto və videoya düşmür).
Bundan əlavə, ağır itkilərdən sonra Rusiya 1950-1960-cı illərdə istehsal olunanlar da daxil olmaqla, anbarlarda olan köhnə tankları cəbhəyə göndərməyə başlayıb. Kral Birgə Müdafiə Tədqiqatları İnstitutunun mütəxəssisləri qeyd edirlər ki, onlar çox vaxt sadəcə artilleriya dəstəyi üçün istifadə olunur. Rusiya tank ordusu deqradasiyaya məruz qalarkən Ukrayna alman "Leopard”ları və ingilis "Challenger”lərinin tədarükü sayəsində keyfiyyətini artırır. Ukrayna tankçıları Avropa bazalarında yaz təlimi zamanı bildiriblər ki, Leopard 2-də döyüşmək "Mersedes” sürmək kimidir.
Digər ağır silah növləri üzrə də fərq azalır. Əgər müharibənin əvvəlində Rusiya üç dəfə çox raket sistemlərinə (MLRS) malik idisə, indi bu fərq iki dəfəyə düşüb; ağır artilleriya ilə də oxşar vəziyyətdir (152 və 155 millimetrlik haubitsalar). Bütün hallarda Rusiyada silahların sayı azalıb, Ukraynada isə artıb.
Rusiya (RU) və Ukraynanın (UA) ağır hərbi texnikasının sayı
qara - müharibədən əvvəl, mavi - indi
tanklar, ağır artilleriya, MLRS
IISS-nin quruda əməliyyatlar üzrə mütəxəssisi Yohan Mişel bildirib ki, ağır texnikanın nisbətinin dəyişdirilməsi vacibdir, lakin hələlik Ukrayna üçün həlledici amilə çevrilməyib. Sadəcə olaraq maşınların miqdarını müqayisəsi "kifayət etmir”, - Mişel Bloomberg-ə izah edir:
"Problem ondadır ki, indi Ukrayna ərazini azad etməlidir, yəni o, yaxşı hazırlanmış müdafiə istehkamları üzərində irəliləyir və bu, böyük üstünlük tələb edir”.
Buna görə də, iyunun əvvəlində əks-hücum əməliyyatına başlayan Ukrayna Silahlı Qüvvələri daha sonra hücumların aktivliyini azaldıb və Rusiyanın arxa cəbhəsindəki silah anbarlarına, təchizat xətlərinə və komanda məntəqələrinə zərbələri gücləndirib.
İşğal olunmuş ərazilərin azad edilməsi əməliyyatı "heç vaxt birdəfəlik tədbir olmayıb”, Ukrayna Silahlı Qüvvələri "düşməni yormağa, qüvvələrini səpələməyə və onlara zərbə endirməyə” çalışır”, - Redakin britaniyalı parlamentarilərə izahat verib. Ona görə də Ukraynanın əks-hücum əməliyyatında uğur nümayiş etdirməsi üçün konkret müddətlər təyin etmək lazım deyil, deyə o bildirib.
Nizami Bağırov