Xəbər lenti

Müharibə oyunları: ABŞ Ukrayna ilə birgə əks-hücuma başladı - CNN
Dünya 10:50 01.09.2022

Müharibə oyunları: ABŞ Ukrayna ilə birgə əks-hücuma başladı - CNN

Ukraynanın əks-hücumuna hazırlaşarkən ABŞ Ukraynanı həddindən artıq genişlənmədən və çoxsaylı cəbhələrdə "bataqlığa” düşməmək üçün cənubdakı əməliyyatı həm hədəflər, həm də coğrafiya baxımından məhdudlaşdırmağa çağırıb.

Bu barədə Qaynarinfo CNN-ə istinadən xəbər verir.

Mənbələr bildiriblər ki, bu müzakirələrə Kiyevlə "hərbi oyunlar”da iştirak, Ukrayna qüvvələrinə müxtəlif senarilərdə uğur qazanmaq üçün hansı səviyyələrdə qüvvələri toplamalı olduqlarını anlamağa kömək etməli olan analitik məşq daxildir.

ABŞ və Ukrayna rəsmiləri bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri əvvəlcə daha geniş əks-hücuma keçmək niyyətində olublar, lakin son həftələrdə Xerson vilayətində öz missiyalarını məhdudlaşdırıblar.

Pentaqonun sözçüsü briqada generalı Pet Rayder CNN-ə açıqlamasında ABŞ-ın Ukrayna ilə bir çox səviyyələrdə müntəzəm hərbi dialoq apardığını təsdiqləyib.

"Biz bu qarşılıqlı əlaqələrin xüsusiyyətlərini şərh etməyəcəyik. Ümumiyyətlə, biz ukraynalılara onların üzləşdikləri təhlükələri daha yaxşı anlamalarına və ölkələrini Rusiya təcavüzündən qorumaq üçün məlumatlar veririk. Sonda ukraynalılar öz hərəkətləri ilə bağlı yekun qərarı özləri verirlər", - Rayder bildirib.

CNN-ə müsahibə verən mənbələr deyirlər ki, Ukrayna və Rusiya qüvvələri arasında böyük paritet yaranıb, lakin Qərb hələlik cənubdakı hərbi əməliyyatı əks-hücum adlandırmaq istəmir.

Bundan əvvəl məlum olub ki, ABŞ silahlarının son tədarükü Ukraynanın cənubdakı əks-hücumü üçün nəzərdə tutulub.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->