HƏMAS terrorçularının İsrailə hücumu nəticəsində Kibbutz Nir Am Qəzza ilə həmsərhəd zolağın praktiki olaraq yeganə kənd olub və ciddi ziyan görməyib. Bu, 25 yaşlı İnbal Rabin-Libermanın hərəkətləri sayəsində baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə detaly.co.il məlumat
yayıb.
Məşrin məlumatına görə, İnbal Kibbutz Nir-Amda doğulub böyüyüb, İsrail Müdafiə Qüvvələrinin (İDF) döyüş bölmələrində xidmət edib və Qadın Liderliyi Məktəbində təhsil alıb. 2022-ci ilin dekabrında Kibbutz onu Hərbi Təhlükəsizlik Koordinatoru vəzifəsinə təyin edib. İnbal bu vəzifədə əmisi Ami Rabinin yerinə keçib.
Hərbi Təhlükəsizlik Koordinatoru normal və fövqəladə hallarda İDF və ya polis qüvvələri gələnə qədər ərazinin təhlükəsizliyinə cavabdehdir. O, kənd sakinləri, yerli hakimiyyət orqanları və təhlükəsizlik qüvvələri arasında "bağlayıcıdır", Müdafiə Nazirliyinin büdcəsindən maaş alır.
Oktyabrın 7-də səhər İnbal təhlükəni düzgün qiymətləndirib və silahları tez bir zamanda kənd sakinlərindən ibarət çevik cavab qrupuna payladı.
"O, bütün İsrail dövlətində nə baş verdiyini ilk anlayan oldu. Evdən evə dəli kimi qaçdı, özünümüdafiə dəstəsi təşkil etdi, kibbutzları qorumaq üçün plan hazırladı və kibbutz hasarında yaraqlıları pusquya saldı", deyə nəşr yazır.
HƏMAS yaraqlıları kəndə yaxınlaşarkən atəşlə qarşılanıb. Kibbutza girməyə cəhd edən bütün HƏMAS yaraqlıları öldürülüb. Sonradan ərazidə yaraqlıların 25 cəsədi sayılıb.
Aydın