Xəbər lenti

Müharibə üçbucağı: ABŞ, Rusiya və Çin
Dünya13:55 06.05.2014

Müharibə üçbucağı: ABŞ, Rusiya və Çin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sirr deyilki, hələ imperializm zamanında belə ABŞ heç vaxt rəqibləri ilə üz-üzə gəlməyib. Həmişə üçüncü ölkəni ortaya atmaqla öz maraqlarını diqtə edib.

Ukrayna probleminin getdikcə dərinləşdiyi bir zamanda isə Obama Asiyaya turneyə çıxdı. Yaponiya, Cənubi Koreya, Malayziya və Filippin səfərini Avropa mətbuatı ABŞ-ın Asiyaya qayıdışı kimi xarakterizə etdi. Obamanı narahat edən təkcə Rusiya deyil, eyni zamanda günbəgün inkişaf edən Çindir. ABŞ rəsmi Pxenyanın Cənubi Çin dənizinə tam yiyələnməsindən narahatdır. Strateji əhəmiyyəti böyük olan bu dənizə iddiasını ABŞ Yaponiya vasitəsi ilə həyata keçirir. Cənubi Çin dənizi həm nəqliyyat, həm də neft-qaz ehtiyatı ilə hamının maraq dairəsindədir. Bu dəniz vasitəsi ilə Hind okeanına birbaşa çıxış da var. Obamanın məqsədi bu regionda NATO-nun bazasını yerləşdirməklə Çinin “gözünü” qorxutmaqdır. Çünki Çinin ölkə xaricində hərbi bazası yoxdur. ABŞ-ın indiki əsas vəzifəsi səfər etdiyi ölkələri NATO ilə münasibətlərini genişləndirməklə Asiyada tam hegemonluğu ələ almaqdır.

Hazırda ABŞ-ın məqsədi rəqibi olan Çinin enerji təminatını pozmaqdır. Bunun üçün Vaşinqton Çinin Livan, İran və Sudanla əlaqələrini korlamaq istəyir. Pentaqon artıq "AİRSEA BATTLE" adlı əməliyyata başlayıb. Əməliyyat çərçivəsində Pentaqon Çin yaxınlığında güclü müşahidə stansiyası və raket kompleksləri ilə təmin olunmuş hərbi gəmilər yerləşdirəcək. Eyni zamanda qırıcı təyyarələrin olduğu iri gəmi Tayvan boğazına göndərilib. Vaşinqton eyni zamanda bölgədə terror qruplaşmalarına dəstək verməklə vəziyyəti daim gərginləşdirir. Obamanın Asiya turundan sonra Sintizyan-Uyğur Respublikasında terror aktlarının baş verməsi də buna əyani sübutdur.

Rusiyanın Qafqaz qorxusu


Moskvanın Ukraynadakı rusdilli əhaliyə qarşı ediləcək istənilən hücumu Rusiyaya hücum kimi xarakterizə etməsi isə Putin üçün əsl tələ ola bilər. Əslində ABŞ Rusiyanı Ukraynada uzunmüddətli müharibəyə cəlb etməklə onun iqtisadiyyatını çökdürmək istəyir. Eyni zamanda ABŞ Polşa, Estoniya, Litva və Latviyada "Üçbaşlı əsa" adlı xüsusi təlimlərə də hazırlaşır.

Rusiyanı çökdürməyin bir yolu da Qafqazdan keçir. Amma Doku Umarovun öldürülməsi ilə bu plan bir az sonraya çəkildi. ABŞ hazırda bu versiyalar üzərində işləyir:

1. Qafqazın yeni əmiri təyin olunmuş Əli Əbu Məhəmməd çeçenlərin azadlıq mübarizəsini dini mübarizəyə çevirir. Bununla da o, ətrafına başqa xalqlardan da döyüşçülər toplayır.

2. Hazırda söhbət islamın Qafqazda təsir gücünü artmasından gedir. ABŞ Əli Əbu Məhəmmədə dəstək verməklə Qara Dənizdən Xəzərədək sünni dövlətinin yaradılmasına imkan yarada bilər.

Rusiyanın dövlət təhlükəsizliyini pozmaq üçün əsasən qaz kəmərlərinə, nəqliyyat yollarına və turizm məkanlarında terror aktları törədilə bilər. Bunun üçün Suriyada Əl Nüsrə cəbhəsi, Tatarıstandakı radikal vəhhabilər və Əl-Qaidə ilə danışıqlar belə aparılır.

Üstəlik Abxaziya və Cənubi Osetiya məsələsi Gürcüstanla Rusiya arasında hər zaman müharibəyə səbəb olacaq problem kimi qalmaqdadır. Gürcüstann bu ilin sentyabrınadək NATO-ya üzv ediləcəyi ilə bağlı deyilənlər isə Rusiyanın ikinci cəbhədə mübarizə aparacağına işarədir. Beləliklə ABŞ rəqiblərinin ən yaxın qonşularını özünə tərəf çəkməklə daim qorxu yaşatmağı bacarır. Polşa Ukrayna ilə, Suriya Türkiyə ilə, Yaponiya isə Çinlə sərhəddə ABŞ-ın gözü funskiyasını yerinə yetirir.

Bir sözlə ABŞ hazırda Çinlə “Rus ruleti” oynayır.

Amma Çin və Rusiyanın yeni hərbi blok ideyası ətrafında müzakirələrə başlaması ABŞ-a xəbərdarlıqdır.

Dünya qütbləşir, bir tərəfdə ABŞ və Avropa İttifaqi, digər tərəfdə isə Çin, Rusiya və onları dəstəkləyən xeyli sayda ölkələr.///İnterpress.az