Xəbər lenti

Müharibə Ukrayna ilə bitməyəcək – Rüstəm Minnekayev növbəti hədəfi göstərdi
Dünya06:45 26.04.2022

Müharibə Ukrayna ilə bitməyəcək – Rüstəm Minnekayev növbəti hədəfi göstərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putinin başlatdığı müharibəni Ukrayna ilə yekunlaşdırmayacağı və növbəti mərhələdə Moldovanı işğal etməyi planlaşdırdığı iddia edilib.
Qaynarinfo xəbər verir ki, Rusiya Mərkəzi Hərbi Dairəsi komandirinin müavini Rüstəm Minnekayev Moldovada rusları qorumağın yeganə yolunun muxtar bölgə olan Dnestryanı əraziyə girmək olduğunu bəyan edərək Moldovaya əməliyyat siqnalı verib.
Xatırladaq ki, 2022-ci il fevralın 24-də səhər saatlarında Rusiya bəzi iddialar irəli sürərək Ukraynaya işğal cəhdinə başladı. Müharibənin başlanmasından düz 2 ay keçməsinə baxmayaraq, Rusiya tərəfi Ukraynanın tərksilah edilməsi və onun "neonasizmdən” təmizlənməsi ilə bağlı fikirlərindən geri çəkilməyib.
Rusiyanın son bir neçə gündə Mariupolu işğal etdiyini açıqladıqdan sonra müharibə yeni bir mərhələyə keçib. Verilən məlumata görə, Rusiya prezidenti Putin Mariupolun alınmasını çox yüksək qiymətləndirib və qələbənin davam etdirilməsi üçün göstəriş verib.
Dnestryanı Moldovanın rusiyapərəst separatçıların silahlandığı və Moskva tərəfindən dəstəkləndiyi kiçik bir bölgəsidir. Bu bölgə həm də ona görə vacibdir ki, 2014-cü ildə Kiyevdən ayrılan rusdilli Donetsk və Luqansk rayonlarına çox bənzəyir.
Moldova tərəfi rusdillilərə təzyiqlər edilməsi ilə bağlı iddiaları rədd etsə də, Rusiya bunun əksini bildirir. Onlara görə, Moldovada rusdillilərə qarşı böyük təzyiq var.
Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb. Nazirliyin açıqlamasında qeyd olunub ki, Rusiyanın bu istiqamətdə verdiyi bəyanatları əsassızdır. Rusiyanın bu bəyanatları beynəlxalq aləmdə tanınan milli suverenliyimizə və müstəqilliyimizə hörmət edən dövlətlərlə ziddiyyət təşkil edir.
Günay