Dünya 15:47 08.05.2023

Müharibədən sonra Krımın muxtariyyəti necə olacaq? - Zelenskinin ofisi

Krımın azad edilməsindən sonra çox güman ki, muxtariyyət statusu ləğv ediləcək. 

Qaynarinfo "Unian"a istinadla xəbər verir ki, bunu Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun fikrincə, unitar dövlət daxilində muxtariyyətlərin mövcudluğu separatçı əhval-ruhiyyə üçün zəmindir.

"Aydındır ki, muxtariyyət əldə edərək, siz şüuraltı olaraq özünüzü müəyyən mənada digər regionlardan üstün hesab edirsiniz. Unitar dövlət üçün muxtariyyət təhlükəli, regional səviyyədə münaqişəyə aparan yoldur", - Podolyak deyib.

PA nümayəndəsi qeyd edib ki, Ukraynada eyni zamanda, hüquqlarına hörmət edilməli olan etnik azlıqlar var. Bu kontekstdə o, ukraynalıların "rəğbətinə layiq” olan Krım tatarlarını xatırladıb.

Krımın və bütövlükdə bütün Ukrayna cəmiyyətinin ukraynalaşdırılması məsələsini şərh edən Podolyak bunun üçün ilk növbədə hətta beynəlxalq səviyyədə maraqlı olacaq yüksək keyfiyyətli mədəni məhsulun yaradılmasının zəruri olduğu fikrini bildirib.

Alpər