Xəbər lenti

Müharibənin dondurulması, Putinə təzyiq və Ukraynasız NATO - FT Trampın planını açıqladı
Dünya 17:11 28.10.2024

Müharibənin dondurulması, Putinə təzyiq və Ukraynasız NATO - FT Trampın planını açıqladı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun vitse-prezidentliyə namizədi Cey Di Vens Ukraynada müharibəyə son qoymaq planını hazılayıblar. Onlar demilitarizasiya zonasının hər iki tərəfində muxtar bölgələrlə dondurulmuş münaqişə modelini təklif edirlər və Kiyev NATO-dan kənarda qalacaq.

Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər verir.

Müharibənin dondurulması

Trampın konsepsiyası Ukraynanın şərqində döyüşləri dayandıra bilməyən 2014 və 2015-ci il Minsk razılaşmalarına yenidən baxır. Keçmiş prezidentin müşavirlərindən biri bildirib ki, bu razılaşmalarda muxtar zonaların yaradılması ilə Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanılması planı göstərilib, lakin şərtlər heç vaxt yerinə yetirilməyib və icra olunmayıb.

Müşavirin sözlərinə görə, bu dəfə razılaşmaların pozulmasının nəticələri ilə icra mexanizmləri olacaq. Bununla belə, sazişi NATO qüvvələri və ya BMT sülhməramlıları deyil, Avropa qoşunları yerinə yetirməlidir.

Trampın müttəfiqləri iddia edirlər ki, Ukrayna müharibəni uduzur və buna görə də nizamlanmaya təkan vermək mənəvi cəhətdən düzgündür. Trampın fikrincə, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə söhbət etməli idi, necə ki, prezidentlər Soyuq müharibə dövründə Sovet liderləri ilə danışırdılar. Bununla belə, o hesab edir ki, Ukraynanın NATO-ya üzvlüyü qısa müddətdə mümkün deyil.

NATO-suz Ukrayna

Trampın administrasiyasında çalışmış Fred Fleits bildirir ki, Rusiyanı danışıqlara məcbur etmək üçün NATO-ya üzvlük bir neçə il istisna oluna bilər.

"Biz münaqişəni dondururuq, Ukrayna heç bir ərazini vermir, onlar ərazi iddialarından əl çəkmirlər və biz Putin səhnəni tərk edənə qədər yəqin ki, yekun razılaşmanın olmayacağı anlayışı ilə danışıqlar aparırıq”, deyə o bildirib.

Lakin bu yanaşma Respublikaçılar Partiyası daxilində vahid dəstək tapmayacaq.

Putinlə danışıqlar

Nümayəndələr Palatasında respublikaçıların milli təhlükəsizlik üzrə aparıcı ekspertlərindən biri Mayk Uolts Trampa Putini Ukrayna ilə danışıqlara sövq etmək üçün neft və qaz qiymətlərini aşağı salmaqla Rusiya iqtisadiyyatının çökməsi təhlükəsindən istifadə etməyi təklif edib.

"Prezident rıçaqın nə olduğunu çox yaxşı başa düşür və bizim Rusiya üzərində çox böyük iqtisadi rıçaqlarımız var. Siz dünyanı daha ucuz, daha təmiz Amerika nefti və qazı ilə doldurursunuz. Siz qiyməti aşağı salırsınız”, deyə o bildirib.

Trampın ilk müddətində mühüm müttəfiqi olan Səudiyyə Ərəbistanı belə bir addımı alqışlamayacaq.

Trampa yaxın olanlar onun Putinə ciddi iqtisadi təzyiq göstərə biləcəyini iddia edirlər. Onun sülhməramlı bacarıqlarının sübutu kimi onlar ilk prezidentlik dövründə İsrail və BƏƏ, Bəhreyn, Mərakeş və Sudan arasında imzalanmış sazişləri göstərirlər.

"O, hər iki tərəfi danışıqlar masasına necə oturtacağını bildiyini göstərdi. Bunu ardıcıl şəkildə etdi. Bunun ardınca ərəblər və israillilər, ruslar və ukraynalılar olacaq", deyə ABŞ diplomatı Riçard Qrenell qeyd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->