Xəbər lenti

Müharibənin Ukraynaya vurduğu ziyan açıqlandı - Fantastik məbləğ
Dünya07:28 04.04.2022

Müharibənin Ukraynaya vurduğu ziyan açıqlandı - Fantastik məbləğ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müharibə zamanı Ukraynaya dəyən ziyanın məbləği açıqlanıb.
Qaynarinfo "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat nazirinin müavini İqor Dyadyura telemarafonun efirində açıqlama verib.
Onun sözlərinə görə, Rusiyanın işğalından bu günə qədər itkilər 565 milyard dollar təşkil edir və ölkə 54 milyard dollar kapital qoyuluşundan məhrum olub.
"Son hesablamalarımıza görə, bu günə birbaşa birdəfəlik itkilər 565 milyard dollar təşkil edir: 119 milyard dollar infrastruktur, 91 milyard dollar mülki obyektlərin itkisidir. Və müharibə səbəbindən Ukrayna 54 milyard dollar kapital qoyuluşundan məhrum olub", deyə İqor Dyadyura bildirib.
Bundan əlavə, müharibə itkiləri uzunmüddətli təsirə malikdir. Beləliklə, İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, bu il Ukraynanın ÜDM-nin itkisi ən azı 112 milyard dollar, 2030-cu ilə qədər isə təxminən 1,2 trilyon dollar təşkil edəcək.
Nizami Bağırov