Xəbər lenti

Bu ölkədə "Müharibəyə hazırlıq" broşuraları paylanır
Dünya08:01 19.01.2018

Bu ölkədə "Müharibəyə hazırlıq" broşuraları paylanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveç II Dünya müharibəsindən sonra ilk dəfə insanlara "Müharibəyə hazırlıq" broşuraları paylamağa hazırlaşır.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 25-30 ildir istehsalı dayanmış broşuralar 4,7 milyon evə may ayından etibarən veriləcək. İqlim dəyişikliyi, terror hücumu, xəstəliklər, dezinformasiya kimi təhlükələrə qarşı hazırlanmış kitabçalarda insanlar üçün faydalı informasiyaların qeyd olunması planlaşdırılır. 
Qeyd edək ki, İsveç ötən il hərbi xərclərini artırıb və NATO ilə sıx əlaqəsi ilə diqqət çəkir. Bu addımlara səbəb kimi artan Rusiya təhlükəsi, Rusiyanın Ukraynadakı rolu göstərilir.
Gülşən