Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) hava hücumundan müdafiə sistemlərinin aktivləşməsi ilə əlaqədar İran ərazisi üzərindən uçmağın təhlükələri barədə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, agentlik pilotlara 7600 metrdən aşağı uçmamağı tövsiyə edib.
"Kommersant” yazır ki, hərbi və mülki aviasiya arasında zəif koordinasiya səbəbindən mülki təyyarələrin səhv identifikasiyası riskinin çox olduğu vurğulanır.
CNN-in məlumatına görə, Pentaqon İranın hava müdafiəsi qüvvələrinin yüksək hazırlıq səviyyəsinə gərtirilməsinə dair "bir neçə əlamət" müşahidə edildiyini bildirib. ABŞ ordusuna görə, İranın hava hücumundan müdafiə sistemləri təhdid olaraq təyin olunan hədəfləri vurmağa hazırdır.
Xatırladaq ki, yanvarın 8-də Ukraynanın Boeing 737-800 təyyarəsi İran üzərində yanlış olaraq hava hücumundan müdafiə raketi ilə vurulub. 176 nəfər həlak olub. İran tərəfi hərbiçilərin sırf təsadüfən bir mülki təyyarəni qanadlı raket zənn etdiyi üçün səhv buraxdığını söyləyib.
Alpər