Xəbər lenti

Multimilyoner özünü 27 mərtəbəli binadan atdı
Dünya21:18 24.12.2013

Multimilyoner özünü 27 mərtəbəli binadan atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da multimilyonçu Robert Uilson intihar edib. 

Ans Press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 86 yaşlı kişi özünü sahibi olduğu Manhettendəki 27 mərtəbəli binanın 16-cı mərtəbəsinin pəncərəsindən atıb. Polisin məlumatına görə, Uilson intihar etməmişdən əvvəl məktub yazıb qoyub. 

“Onun 86 yaşı var idi və bir neçə ay bundan əvvəl infark keçirib. O həmişə deyib ki, əzab çəkmək istəmir, və vaxtı gələndə o hazır olacaq”,- deyə milyonlarla dollarını xeyriyyəçiliyə xərcləyən uğurlu iqtisadçının Uol stritdən olan dostu bildirib. Onun sözlərinə görə, Uilsonun əsas məqsədi öz varını ehtiyacı olan insanlara paylamaq idi. 

Qaynar.info