Xəbər lenti

Mumiyasını kəşf edənlər bir-bir ölmüşdü: Ancaq məzarı yenə açıldı (FOTOLAR)
Dünya11:37 24.09.2019

Mumiyasını kəşf edənlər bir-bir ölmüşdü: Ancaq məzarı yenə açıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qədim Misir çağına aid mumiyanın açılması bütün dünyada həyəcan yaradıb.
Qaynarinfo xəbər verir ki, Qədim Misirdə yaşayan yüksək ixtisaslı bir işçi və yüksək səviyyəli bir Misir məmuru olmuş Sennedjem öləndən sonra mumiyalanaraq ailəsi ilə birlikdə Misirdə bu gün Deir Əl-Medina kimi tanınan Set Maat kəndində dəfn edilib. 
Misir fironu I Seti və II. Ramzes zamanında Qədim Misir xanədanına xidmət etdiyi hesab edilən Sennedjemin bundan 3 min 400 il qabaq yaşadığı təxmin edilir.
Mahir işçi olan Sennedjem Qədim Misir xanədanının sarkofaqını hazırlayanlardan biri kimi də tanınır. Sennedjemin sarkofaqı 1886-cı ildə ərazidə aparılan arxeoloji araşdırmalar nəticəsində kəşf edilib. Onun arvadı Lyneferti, 20 qohumu, yatağı və kətili ilə birlikdə dəfn edildiyi aşkar olunub. Sennedjemin və arvadının sarkofaqı ötən günlərdə bərpa olunması üçün Misirin Beynəlxalq Mədəniyyət Muzeyinə aparılıb. Muzeyə aparılan sarkofaq və mumiyalar tüstülənərək təmizlənib. Sarkofaqının yaşı vəziyyətdeə olduğunu bildirən arxeoloqlar onun və arvadının mumiyasının 20 gün boyu steril bir otaqda qorunacağını deyib. 
Fironların lənəti adı verilən əfsanənin Qədim Misirdə həyatın bir fironun ya da əhəmiyyətli bir adamın narahat edilməsi üzündən ortaya çıxdığına inanılır. Fironların lənəti inancına görə, Qədim Misir zamanına aid bir mumiyanı açan adam sirli və qədim bir lənət tərəfindən təsirə məruz qalır. Fironların lənəti inancı daha çox Firon Tutanhamon ilə əlaqələndirilir.
Misir fironu Tutanhamonun sarkofaqı 1922-ci ildə Hovard Karter tərəfindən Krallar vadisində kəşf edilib, 1972-də Londonda nümayiş etdirilib, sonra ABŞ-a göndərilib. 
Ondan sonra Misirdəki Qahirə Muzeyinə aparılan sarkofaqı ilk dəfə açan 22 arxeoloqun bir neçə il içində sirli şəkildə öldüyü ortaya çıxıb.
1922-ci ildə kəşf edilən sarkofaqa girən ilk 22 adamın hamısı 1929-ci ilə kimi bir-bir həyatını itirib.
Çoxları ölənlərin lənətə qurban getdiyini və sarkofaqın əslində heç açılmamalı olduğunu desə də, Tutanhamonun sarkofaqı və xəzinələri arxeologiya sevərlərin maraq dairəsində qalmaqda davam edir.