Sağlam və sevgi dolu münasibətlərdə insan özünü daha güvənli hiss edir, qorunmaq üçün qurduğu divarlar yıxılır və yerini qəbul olunma duyğusu tutur.
Qaynarinfo "Your Tango"ya istinadən xəbər verir ki, əgər siz doğru insanla birlikdəsinizsə, yalnız belə münasibətlərdə ortaya çıxan yeddi davranış özünü göstərir:
1. Öz qəzəbinizi ifadə edə bilirsiniz - Əgər partnyorunuz sizi incitdisə, bunu açıq deməkdən çəkinmirsiniz. Bu, münasibətləri uzaqlaşdırmır, əksinə, yaxınlaşdırır.
2. Öz sərhədlərinizi qoya bilirsiniz - Özünüzü təhlükəsiz hiss etdikdə, hisslərinizi və ehtiyaclarınızı açıq ifadə edirsiniz. Bu, emosional balansı qoruyaraq sağlam konflikt həlli imkanı yaradır.
3. Ağlaya bilirsiniz - Sevgi dolu münasibətdə emosional olmaq ayıb deyil. Partnyorunuz sizi qınamaq əvəzinə çətin anlarda dəstək göstərir.
4. Zəif tərəflərinizi göstərə bilirsiniz - Doğru insan sizə güvən duyğusu verir. Bu etibar sayəsində özünüzü daha yaxşı tanımaq və risklər götürməkdən çəkinmirsiniz.
5. Təbiiliyinizi gizlətmirsiniz - Sevdiyiniz insan qarşısında sadə və gündəlik halınızı göstərmək yaxınlığın əlamətidir. Bu, partnyorunuzu sizin şəxsi dünyanıza burduğunuzu göstərir.
6. Xəstə olduğunuzda belə rahat ola bilirsiniz - Ən zəif anlarınızda belə partnyorunuzun yanınızda olmasına icazə vermək güclü etibarın göstəricisidir.
7. İctimai yerlərdə sevgini ifadə edirsiniz - Əgər münasibət sağlamdırsa, ictimai yerlərdə mehribanlıq göstərmək təbii gəlir. Bu, nümayiş üçün deyil, sadəcə daxildəki hisslərin xaricə yansımasıdır.
Aydın