Xəbər lenti

Müqavilə təsdiqləndi: ABŞ Türkiyə sərhədinə ordu yığır
Dünya17:16 01.02.2020

Müqavilə təsdiqləndi: ABŞ Türkiyə sərhədinə ordu yığır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yunanıstan parlamenti ABŞ-la hərbi əməkdaşlığı genişləndirməyi nəzərdə tutan müqaviləni təsdiq edib.
Qaynarinfo teleqraf.com-a istinadən xəbər verir ki, layihə Yunanıstan hərbi bazalarında (Larissa, Stefanovikio və Dədəağac) Amerika hərbi qüvvələrinin sayının artırılmasını nəzərdə tutur.
Bu məqsədlə ABŞ Silahlı Qüvvələrinə məxsus əlavə döyüş gəmiləri, qırıcı təyyarələr və zirehli texnikalar Yunanıstan ərazilərinə dislokasiya ediləcək.
Anlaşmanın qəbul edilməsindən sonra açıqlama verən ABŞ Dövlət katibi Mayk Pompeo müaviləni hərbi əməkdaşlığın genişləndirilməsi üçün "məhək daşı” adlandırıb.
Müdafiə əməkdaşlığı anlaşması Pompeonun ötən ilin oktyabr ayında Afinaya səfərində imzalanmışdı. Layihənin qəbul edilməsindən bir gün əvvəl isə Yunanıstan Baş naziri Kiriakos Miçotakis Fransa döyüş gəmilərinin Aralıq dənizinin şərqində yerləşdiriləcəyini açıqlamışdı.
Yunanıstan hökuməti Türkiyənin Aralıq dənizinin şərqində təbii qa