Xəbər lenti

Müqəddəs Kəbədən SON FOTOLAR
Dünya05:49 26.12.2013

Müqəddəs Kəbədən SON FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məscidi Həramda genişləndirmə tədbirləri altında söküntü işləri sürətlə davam edir

Müqəddəs Kəbənin yeni fotoları yayılıb. ANS PRESS-in xəbərinə görə, müsəlmanların qibləgahı olan Məscidi Həramda genişləndirmə tədbirləri altında söküntü işləri sürətlə davam edir.

Məkkə şəhərində tikilən 601 metrlik saat qülləsi, hündürmərtəbəli hotel və s. göydələnlərin fonunda Kəbə çox kiçik qalıb. Halbuki Osmanlı dövlətinin xilafəti dövründə Məkkə və Mədinə şəhərlərində Kəbədən hündür bina tikilməsi yasaq olub.

Bu gün müqəddəs Kəbənin şüşə fasadlı hotellərlə əhatə olunması əksər müsəlmanlar tərəfindən qəbuledilməz hal kimi qiymətləndirilir.

İslam alimləri bildirir ki, Kəbəni ilk dəfə görən zəvvarlar onun möhtəşəmliyinə valeh olur və o anda edilən dualar məqbul dualar sayılır.

Bəzi ilahiyyatçılar bildirir ki, ətrafda olan beton yığınları bu möhtəşəmliyi kölgədə qoyur.

Qeyd edək ki, genişləndirmə tədbirləri əsasında müqəddəs Kəbədə aparılan tikinti işlərinin 2014-cü ilin Həcc mövsümünə qədər bitirilməsi planlaşdırılır.

Qaynar.info