Minlərlə iraqlı etirazçı Bağdad parlamentinə basqın edərək, İran İslam Respublikasının dəstəklədiyi partiyaların baş nazirliyə namizəd seçməsinə etiraz olaraq İran əleyhinə şüarlar səsləndiriblər.
Qaynarinfo bu barədə Azadlıq Radiosuna istinadən xəbər
verir.
Məlumatlara görə, etirazçıların çoxu İraqın nüfuzlu şiə din xadimi Müqtəda Əl-Sədrin tərəfdarlarıdır. Bu etirazçılar əllərində Müqtəda Əl-Sədrin şəkillərini tutaraq İraq parlamentinin masaları üzərində gəziblər.
Onların etirazı bu ölkədə İran İslam Respublikasının dəstəklədiyi şiə qruplarının koalisiyası İraq prezidentini seçmədən, İraq konstitusiya prosesinə zidd olaraq İrana yaxın siyasətçilərdən Məhəmməd Şiya Əl- Sudanini baş nazir vəzifəsinə namizəd kimi seçilməsindən sonra baş verib.
Bu, ötən ilin oktyabrında İraqda keçirilən seçkilərdən sonra ən böyük etirazdır.
Məlumata görə, etirazçılar parlamentə hücum etməzdən əvvəl Bağdadın yaşıl zonasına daxil olublar.
Çevik qüvvələr polisi Yaşıl Zonanın beton divarlarını aşmış etirazçıları geri çəkmək üçün su şırnaqlarından istifadə edib, lakin etirazçılar hökumət binalarının və xarici səfirliklərin yerləşdiyi Yaşıl Zonaya bir çox qapıları sındıraraq daxil ola biliblər.
Bu arada İraqın müvəqqəti baş naziri Mustafa Əl-Kazemi də etirazçıları sakitliyə və təmkinli olmağa çağırıb və onlardan "təcili olaraq ərazidən çəkilmələrini” istəyib.
Aydın