
Müğənni-aparıcı Murad Arif sosial vəziyyəti çətin olan ailənin problemini işıqlandırıb.
"Qaynarinfo" xəbər verir ki, sənətçi Xalqlar Dostluğu metrostansiyası yaxınlığında yaşayan ailənin evində olub və onların vəziyyəti ilə maraqlanıb. "Instagram" hesabında uşaqlarla fotosunu paylaşan M.Arif hər kəsdən bu ailəyə kömək etmələrini xahiş edib:
"Bunu oxuyun! Qucağımdakı şip-şirin bəbələr Fərid, Əli, Ömər əslində 4 qardaşdır. Böyüyü Asiman şəkil çəkdirmək istəmədi... Ana 4 oğlunu tək böyüdür... Uşaq pulu verilmir. Ataları Rusiyada işləməyə gedib, qayıtmır və uşaqlara maddi dəstək olmur. Dostlarımız kirayə ev tutub. Bu gün ailənin əsas problemi ananın işsiz olmasıdır. İmkansızlıq səbəbindən böyük oğul məktəbə, balacalar da baxçaya gedə bilmir. Uşaqlar çox tərbiyyəli, mədəni və zəkalıdır... Hiss olunur ki, imkansızlıq gözəl övlad böyütməyə mane olmayıb. Amma, vəziyyət çətindir. Xalqlar dostluğunda yaşayırlar... Anaya şirkətlərdə, dükanlarda, ailələrdə təmizlik-xadiməlik işi tapmağa yardımçı olun".
Qaynarinfo.Az
