Xəbər lenti

Mursi 5 il sonra oğlu ilə görüşdü
Dünya14:02 05.10.2018

Mursi 5 il sonra oğlu ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq Misir prezidenti Məhəmməd Mursiyə 5 il sonra 4-cü dəfə yaxınları ilə görüşmək icazəsi verilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Qahirədəki Tura həbsxanasında saxlanılan sabiq prezidentə son 2 həftədə 2 dəfə qohumları ilə görüş imkanı yaradılıb.
Mursinin oğlu Əhməd Mursi 5 il sonra ilk dəfə atasını görə bilib. Əhməd Mursi atasının sağlamlıq və psixoloji vəziyyətinin normal olduğunu açıqlayıb. 
Qeyd edək ki, ölkədə ilk dəfə demokratik seçki yolu ilə hakimiyyətə gələn Məhəmməd Mursi 2017-ci ilin 3 iyulunda hərbi çevrilişdən sonra vəzifəsindən getmək məcburiyyətində qalmışdı.
Gülşən