Xəbər lenti

Mursi tərəfdarlarına atəş açıldı: ölən və yaralananlar var
Dünya16:02 05.07.2013

Mursi tərəfdarlarına atəş açıldı: ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misir prezidenti Məhəmməd Mursinin ordu tərəfindən devrilməsindən sonra ölkədə gərginlik davam edir.

“Reuters” agentliyinin məlumatına görə,  bu gün cümə məscidi zamanı Qahirənin Nasır City rayonundakı Rabia Əl-Adeviye məscidi önündə 100 mindən çox Məhəmməd Mursi tərəfdarı toplanıb.

Məhəmməd Mursinin tərəfdarları devrilmiş prezidentin ordu tərəfindən həbsdə saxlanıldığı Müdafiə Nazirliyinə yürüş edib. Əsgərlər aksiyaçılara atəş açıb. Yüzlərlə insan yaralanıb, 3 nəfər həyatını itirib. Qahirənin Əl-Heram məhəlləsində də Məhəmməd Mursiyə dəstək xarakterli aksiyaya qatılanlar atəşə tutulub./lent.az/.