Misirin daxili işlər naziri Məhəmməd İbrahim iyulun 3-də devrilən prezident Məhəmməd Mursinin Hüsnü Mübarəkin saxlanıldığı həbsxanaya göndəriləcəyini deyib.
Qaynar.info-nun məlumatına görə, Məhəmməd İbrahim Qahirədəki aksiyalarda ordunu xalqa qarşı həqiqi güllələrdən istifadə etmədiyini iddia edib.
Onun sözlərinə görə, aksiya iştirakçıları hərbçilərə həqiqi mərmilərdən atəş açıb və çoxlu sayda təhlükəsizlik qüvvələri əməkdaşı yaralanıb. Hadisələrin Mursi tərəfdarı olan insanların başlatdığını deyən daxili işlər naziri İsgəndəriyyə şəhərində də məscidin üzərinə çıxan aksiya iştirakçılarının polisə atəş açdığını söyləyib. Qaynar.info