Xəbər lenti

Mursiyə Türkiyəyə getmək təklif olunub
Dünya06:30 05.07.2013

Mursiyə Türkiyəyə getmək təklif olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misir ordusunun devrilmiş prezident Məhəmməd Mursiyə Türkiyəyə getməyi təklif etdiyi, ancaq onun bu təklifdən imtina etdiyi bildirilir. 

Qaynar.info-nun məlumatına görə, bu barədə Misirin "Əl Əhram" qəzeti xəbər yayıb. 

Qəzetin yaydığı xəbərdə qeyd olunub ki, ordu Mursiyə Misiri tərk edərək Türkiyə, Qətər və ya Yəmənə getməsi üçün təklif edib. Ancaq Mursi Misirdən qaçmağı qətiyyətlə rədd edib. 

Müsəlman Qardaşların sözçüsü Gehad əl Haddad CNN-ə Mursinin ordu tərəfindən həbs olunaraq, əvvəlcə Qahirədəki Respublika Qvardiyasının bazasına, daha sonra Müdafiə Nazirliyinin binasına aparıldığını deyib. 

Onun sözlərinə görə, ordu rəsmiləri hazırda Mursinin harda olması barədə heç bir məlumat vermirlər. 

Qaynar.info