Xəbər lenti

Müsavat Məclisi toplandı - FOTO
Siyasət08:07 27.10.2013

Müsavat Məclisi toplandı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Məclisinin növbəti sessiyası başlayıb. 

Mitinqdən bir neçə saat əvvələ təsadüf edən sessiyanın gündəliyinə bir sıra aktual məsələlər daxil edilib. 

Məclis sədri Arzu Səmədbəylinin sədrliyi ilə öz işinə başlayan iclasda ictimai-siyasi durum və qarşıda duran məsələlərlə bağlı Müsavat başqanı İsa Qəmbərin çıxışı nəzərdə tutulub. 

Bundan əlavə, 9 oktyabr 2013-cü il prezident seçkilərinin nəticələri haqqında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məruzə edəcək. Məclis Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov, NİDA-çılar və digər siyasi məhbuslarla bağlı bəyanat da qəbul edəcək.

musavat.com