Xəbər lenti

Müsavat Siyavuş Novruzovun dialoq fikrinə münasibət bildirdi
Siyasət10:15 04.03.2016

Müsavat Siyavuş Novruzovun dialoq fikrinə münasibət bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Azərbaycanda iqtidar və müxalifət dialoqu üçün mühit var. Bir neçə dəfə dialoq olub, həmin görüşlərdə qeydiyyatdan keçən bütün siyasi partiyalar iştirak edir. Ölkədə baş verən ictimai-siyasi və digər məsələlərlə bağlı hansısa partiyanın təklifi varsa, həmin təklifi yazılı formada təqdim etməlidir.
Bu barədə Qaynar.info-ya danışan Müsavat Partiyası başqanının müavini Elman Fəttah Siyavuş Novruzovun fikirlərinə münasibət bildirib. 
Onun fikirincə, hazırda ölkədə belə bir mühit yoxdur: "Biz bunu hissi etmirik. Müsavat Partiyası hər zaman real və ciddi dialoqa hazır olduğunu bəyan edib. Amma söhbət keçən ildən davam edən dırnaqarası dialoq proseslərinin bərpasından gedirsə, biz belə bir prossesdə iştirak etməyəcəyik".
Ölkədəki vəziyyətin hamıya məlum olduğunu bildirən Elman Fəttah hakimiyyəti siyasi qüvvələrlə dialoqa çağırıb: "Hakimiyyət nəhayət dərk etməlidir ki, belə bir vəziyyətdən çıxış yolu siyasi qüvvələrlə real dialoq mühitini bərpa etməkdədir. Nə zaman real dialoq iradəsi ortaya qoyularsa, biz bunu müsbət dəyərləndirərik".
Qafqaz Rafiqoğlu
Qaynar.info