Xəbər lenti

Müsavatdan sərt bəyanat
Siyasət13:41 23.09.2014

Müsavatdan sərt bəyanat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyası siyasi məhbuslara qarşı təzyiqlər haqqında məlumatların araşdırılmasını, günahkarların cəzalandırılmasını və bu təzyiqlərə son qoyulmasını, eləcə də bütün siyasi məhbusların həbsdən azad edilməsi haqqında Avropa Parlamentinin qətnaməsində əksini tapan müddəaya əməl olunmasını tələb edir. 

Qaynar.info xəbər verir ki, bu sözlər partiyanın yaydığı  növbəti bəyanatda əks olunub.

Qeyd edək ki, Müsavat Partiyasının dünən keçirilən Divan yığıncağında siyasi məhbusların işgəncələrə məruz qalması, onların hüquqlarının kobudcasına pozulması haqqında müzakirələr aparılıb və bu hadisə pislənilib. 

Sentyabrın 22 və 23-ü tarixlərində mətbuat və sosial şəbəkələrdə yayılan məlumatlardan aydın olur ki, son günlər siyasi məhbus, İslam Partiyasının sədri Möhsüm Səmədov “kars”a salınıb. Hüquq müdafiəçisi Leyla Yunusa qarşı onunla bir kamerada saxlanılan şəxsin təzyiqlərinin davam etməsi və onun vəkili ilə görüşə imkan verilməməsi, sağlamlığı ilə bağlı yaranan problemlə əlaqədar vəkili ilə görüşə gələ bilməməsi haqqında məktub yazması, Müsavat Partiyasının Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri Fərəc Kərimova fiziki, mənəvi və psixoloji təzyiqlərin güclənməsi haqqında məlumatlar yayılmaqdadır.

Qaynar.info