Xəbər lenti

Müsavatın mitinqinə icazə verildi, amma...
Siyasət09:20 15.09.2016

Müsavatın mitinqinə icazə verildi, amma...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib.

Bu barədə məlumatı Qaynarinfo.Az-a Müsavat Partiyası başqanının müavini Elman Fəttah verib. 

Elman Fəttah bildirib ki, BŞİH  Müsavat Partiyasının sentyabrın 18-nə təyin etdiyi mitinqə müsbət cavab versə də, lakin mitinq saatını dəyişdirib: "Mitinqin saatı qanunsuz olaraq 17:00-dan, 15:00-a dəyişdirilib. Bu da Müsavat Partiyasının mitinqinin kütləviliyinin qarşısını almaq üçün atılmış addımdır. 

Biz təbliğatımızı saat 17:00 üçün aparırdıq. Amma indi vaxt dəyişdi. Bununla da mitinqə gəlmək istəyən vətəndaşları çaş-baş salırlar". 

Başqan müavini qeyd edib ki, vaxtla bağlı təbliğatı yenidən aparmalı olacaqlar. 

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az