Xəbər lenti

Müsəlman qadınları zorladılar
Dünya09:43 13.04.2013

Müsəlman qadınları zorladılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Myanmarın Arakan bölgəsində bəzi Rojinyalı müsəlman qadınların hərbi düşərgələrdə əsgərlər tərəfindən zorlandığı ortaya çıxıb. 

Qaynar.info-nun məlumatına görə, könüllü jurnalistlərin qurduğu "Vice" adlı saytda yayılan xəbərdə Myanmarda rojinyalı müsəlman qadınların buddistlər tərəfindən sadəcə şiddətə məruz qalmadıqları, eyni zamanda onlara təcavüz edildiyi bildirilib. 

Saytın adından Arakan bölgəsindəki Sitve qəsəbəsinə gedən jurnalist Assed Baiq Myanmarda hərbi düşərgələrdə təcavüzə məruz qalan qadın və azyaşlı qızların hekayəsini yazıb. 

Arakan bölgəsində evlərindən qovulan müsəlmanların yaşamağa məcbur edildikləri düşərgələrin böyük bir hissəsinin Sitve qəsəbəsində yerləşdiyini deyən jurnalist müsəlmanların burada məruz qaldıqları dəhşətləri görmək üçün getdiyi bu bölgədə qorxunc həqiqətlə qarşılaşdığını yazıb. 

Qaynar.info