
Nigeriyada müsəlman və xristian qəbilələri arasında qarşıdurma yaranıb.
ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, müsəlman Fulanı və xristian Tarok qəbilələrinin arasında dini zəmində yaranan toqquşma zamanı 32 nəfər ölüb, onlarla insan yaralanıb.
Qəbilələr qarşıdurmanın böyük sayda iri baş heyvan oğurluğu səbəbi ilə yarandığını bildiriblər. Hər iki qəbilə bir-birini ev heyvanlarını oğurlamaqda günahlandırıb. Səlahiyyətlilər isə əsl səbəbin bu olmadığını bildirirlər.