Xəbər lenti

Müsəlman yazarın Hz.İsa haqqındakı kitabı qalmaqal yaratdı
Dünya12:32 31.07.2013

Müsəlman yazarın Hz.İsa haqqındakı kitabı qalmaqal yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Kaliforniya Universitetinin din professoru və yenicə İslamı qəbul etmiş Rza Aslanın Həzrəti İsa haqqında yazdığı kitab ölkədə qalmaqala səbəb olub.

Qaynar.info xəbər verir ki, az müddət əvvəl xristianlıqdan imtina edərək müsəlman olan Rza Aslanın yazdığı "Zealot: The Life and Times of Jesus of Nazareth" adlı kitab ABŞ gündəminin əsas müzakirə mövzusuna çevrilib.

20 ildir Həzrəti İsanı araşdırdığını və bir din alimi və tarixçi olaraq İsanın yaşadığı zamanı dərindən təqib etdiyini deyən alim ölkənin mühafizəkar toplumu tərəfindən tənqidlərə məruz qalıb.

FOX News kanalında Aslandan müsahibə alan Loren Qrin din professorunun kitanına gələn tənqidləri üzə çıxararaq kitabda Hz İsanın İslamı müdafiə etdiyi fikirlərinin olduğunu irəli sürüb.

Müsahibədən sonra "Los Angeles Times" qəzetinə açıqlama verən Aslan kitabda Hz İsanı tarixin gözü ilə vermək istədiyini deyib: "oxumaq-yazmaq bilməyən kasıb bir kəndlidən bəhs edirik. Xarizması o qədər böyük, sözləri o qədər təsirli idi ki, böyük təqibçi kütləsi topladı və dirənişə apardı. Dünyanın ən böyük imperatorluğunu qarşısına aldı və malları alindən alınmış, kimsəsiz insanlar üçün özünü fəda etdi. Bu insan öyrənilməyə layiq deyilmi?".

Qaynar.info