Xəbər lenti

Müstəqillik günü Bakıda bayrağımız endirildi - FOTO
Ölkə08:12 18.10.2013

Müstəqillik günü Bakıda bayrağımız endirildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nizami rayon İcra Hakimiyyətinin binası qarşısında dalğalanan dövlət bayrağı endirilib. Bayrağın məhz 18 oktyabr - Müstəqillik günündə endirilməsi birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Nizami RİH-nin mövqeyini öyrənmək istəyən AzNews.az əməkdaşına bildirilib ki, bayrağın endirilməsi havanın küləkli olması ilə əlaqədardır. “Bayraq çox hündürdə dalğalanır. Ona görə də küləkli havada cırılmasın deyə, bayraq endirilir. Bu gün də bayrağın endirilməsi havanın küləkli olması ilə bağlıdır” deyə Nizami RİH-dən bildirilib.

Bayrağın Müstəqillik günündə dalğalanmamasına isə icra hakimiyyətindən heç bir açıqlama verilməyib.

Qaynar.info