Xəbər lenti

Mütəxəssislər: “Oyuncaqların üçdə birindən çoxu uşaqların həyatı üçün təhlükədir”
Dünya07:16 31.08.2021

Mütəxəssislər: “Oyuncaqların üçdə birindən çoxu uşaqların həyatı üçün təhlükədir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin Which təşkilatı uşaq oyuncaqlarını sınaqdan keçirərək bir araşdırma aparıb. Oyuncaqların üçdə birindən çoxunun ən böyük bazarlarda satıldığı və uşaqlar üçün həyati təhlükə yaratdığı təsbit edilib.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər Amazon, Aliexpress, eBay və Wish kimi ən böyük bazarlardan onlarla oyuncaq alaraq araşdırma aparıb. Təhlükəsizlik testlərindən sonra 12 məhsulun testdən keçmədiyi ortaya çıxıb. Tədqiqatçılar ümumilikdə 50-yə yaxın pozuntu aşkarlayıblar.
Mütəxəssislərin fikrincə, araşdırmalarda kritik pozuntular müəyyən edilib: uşağın boğulmasına səbəb ola biləcək uzun krujeva və tellər. Digər şeylər arasında yara vura biləcək hissələr və uşağın uda biləcəyi kiçik hissələr (batareyalar və maqnitlər) tapılıb.
Ən təhlükəliləri "Aliexpress” və "Wish”in həkim dəstləri oyuncaqları, "Amazon”da hazırlanan tikinti dəsti, oyuncaq planşet və "eBay”də satılan itlər olub. Bu oyuncaqların hamısının uşağın uda biləcəyi kiçik, iti hissələri olduğu təsbit edilib.
Bildirilir ki, oyuncaqda CE işarəsini axtarmaq lazımdır. Bu da malların təhlükəsizliyini təsdiq edən Avropa uyğunluq sertifikatının olması deməkdir.
 
Alpər