Xəbər lenti

“Müttəfiqimizin Azərbaycana silah satması xalqımızı narahat edir”
Dünya14:10 09.07.2014

“Müttəfiqimizin Azərbaycana silah satması xalqımızı narahat edir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Argentinaya rəsmi səfər edən Ermənistan prezidenti Serj Sərkisyan “La Nacion” qəzetinə müsahibə verib. 
Qaynar.info-nun “Media forum” saytına istinadən məlumatına görə, Sərkisyan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq hərbi əməliyyatların bərpasını istisna etməyib. O, Azərbaycanın təhlükə mənbəyi olduğunu iddia edib, ancaq qeyd edib ki, bu ölkənin hərbi texnika və silah-sursata külli miqdarda pul xərcləməsi qələbəyə təminat vermir.
Ermənistan lideri Rusiyanın son vaxtlar Azərbaycana 2 milyard dollar həcmində silah satdığına toxunub və deyib: “Strateji müttəfiqimizin Azərbaycana silah satması xalqımızı çox narahat edir. Ancaq mən inanıram ki, Ermənistanın öz sərhədlərini qorumağa gücü çatar. Rusiya Bakıya silah satsa da, bizim üçün çətin məqamda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə şübhə etmirəm”.
Qaynar.info