Xəbər lenti

Müttəfiqlər ABŞ-a daha az kəşfiyyat bilgisi verəcək - Trampın Putinlə yaxınlaşmasına görə
Dünya17:21 06.03.2025

Müttəfiqlər ABŞ-a daha az kəşfiyyat bilgisi verəcək - Trampın Putinlə yaxınlaşmasına görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi ABŞ müttəfiqləri Donald Tramp administrasiyasının Rusiyaya qarşı yumşaq mövqeyi səbəbindən Vaşinqtonla paylaşdıqları kəşfiyyat məlumatlarının həcmini azaltmağı nəzərdən keçirirlər.  
Qaynarinfo xəbər verir ki, bu barədə NBC News dörd mənbəyə istinadən məlumat yayıb.  
Mənbələrə görə, xarici kəşfiyyat mənbələrinin ifşa olunma ehtimalı bəzi ölkələrdə narahatlıq yaradıb və buna görə də kəşfiyyat məlumatlarının paylaşılması məsələsi yenidən dəyərləndirilir.  
ABŞ müttəfiqləri – İsrail, Səudiyyə Ərəbistanı və "Beş Göz" alyansının üzvləri (ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniya) kəşfiyyat məlumatlarının ötürülməsi protokollarını yenidən nəzərdən keçirmək imkanını öyrənirlər.  
Mənbələrin sözlərinə görə:  
"Bu müzakirələr artıq gedir".  
Lakin hələ ki, heç bir yekun qərar və ya konkret addım atılmayıb.
Alpər