
Bu şəkildə burnu sıxılan iqtidar deputatıdır, adı da Mətin Külüngdür. Onun burnunu sıxan isə müxalifətçi Şevki Külküloğludur.
Göründüyü kimi, Şevki bəy Mətin bəyin burnunu çox şövqlə sıxır, hətta o mətin adam olmasa, bəlkə də nəfəsi kəsilərdi.
Bu, o deməkdir ki, Türkiyənin hakim partiyasının mövqeyi zəifləyib.
Bir partiyanın öz iqtidarını itirməsi prosesi məhz parlamentdə başlayır - əgər hakim partiyanın deputat üzvünün burnunu sıxırlarsa, peysərinə şillə vururlarsa, üstünə qışqırırlarsa, demək, o partiya üzüsuluykən getməlidir.
Bəlkə də bu üzdəndir ki, 2010-cu ildə ənənəvi müxalifəti təmsil edən heç kəsi Milli Məclisə buraxmadılar. Qorxdular ki, bir gün şuluq salarlar.
Çünki bizdə də burnu sıxılası iqtidar deputatı çoxdur. Hətta eləsi var ki, danışanda ağzının üstündən cırıq qaloş tayı ilə vurmaq lazımdır./musavat.com

