Xəbər lenti

Müxalif liderin dayısı ölkəyə partlayıcı keçirmək istəyərkən saxlanıldı
Dünya07:23 13.02.2020

Müxalif liderin dayısı ölkəyə partlayıcı keçirmək istəyərkən saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Venesuelanın müxalifət lideri Xuan Quaydonun dayısı Xose Markes ölkəyə partlayıcı maddə keçirmək istəyərkən saxlanılıb.
Qaynarinfo Tass-a istinadən xəbər verir ki, bu barədə Boliviya Respublikasının Konstitusiya Assambleyasının sədri Dosdado Kabelo açıqlama verib. Onun sözlərinə görə, Markes taktiki fənərlər aparırmış. Fənərin batareya yerində partlayıcı tərkibli maddələr, ehtimal ki, sintetik partlayıcı olan C4 aşkar edilib.
Bundan əlavə, onun üzərində fləşkart da taplıb. Burada müxalifət lideri Quaydoya ingilis dilində təlimatlar olduğu iddia edilir. Lakin təhlükəsizlik səbəbindən faylın təfərrüatları açıqlanmayıb.
Camal