Bu gün səhər saatlarında Ermənistanda "Müqavimət” hərəkatının iştirakçıları paytaxt İrəvandakı Fransa meydanından hökumətin üçüncü binasına doğru yürüş ediblər. Xeyli sayda polis qüvvəlsi hökumətin 3-cü binasını müasirəyə alaraq etirazçılara binaya yaxınlaşmağa imkan verməyiblər.
Qaynarinfo xəbər verir ki, bu haqda erməni mediası yazıb.
Bir müddət sonra vəziyyət gərginləşib və etirazçılar zəncir yaradan polisi itələməyə başlayıb, sonuncular müqavimət göstərə bilib və yenidən revanş götürən etirazçıları binaya buraxmayıblar.
Güclü hay-küy başlayıb, nəticədə gənc polislərdən biri özünü pis hiss edərək huşunu itirib və dərhal hadisə yerindən uzaqlaşdırılıblar.
Qarşıdurma zamanı 5 nəfər etirazçı saxlanılaraq Mərkəzi Polis İdarəsinə aparılıblar.