Xəbər lenti

Müxalifət ianə kampaniyası keçirir
Siyasət12:12 06.06.2014

Müxalifət ianə kampaniyası keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah saat 11:00-dan 18:00-a qədər etiraz aksiyalarında saxlanılaraq cərimələnən gənc fəallara dəstək üçün ianə kampaniyası keçiriləcək.

Qaynar.info xəbər verir ki, gənclərə öz yardımını göstərmək istəyən hər kəs Müsavat Partiyasının qərargahında keçiriləcək kampaniyaya qoşulmağa dəvət edilib.

İanə kampaniyası Vətəndaş Həmrəyli Partiyasının və REAL Hərəkatının ofislərində də keçiriləcək.

Xatırladaq ki,  6 may N!DA-çıların hökmünə etiraz olaraq keçirilən aksiyada həbs olunan gənclərin bir çoxuna məhkəmə tərəfindən cərimə tətbiq edilib. Cərimələrin ümumi məbləği 3900 manat təşkil edir.

Qaynar.info