
Suriyalı müxalif qüvvələrinin İsraillə sərhəddə yerləşən Qolan Təpələrini ələ keçirdiyi bildirilib.
Qaynar.info-nun məlumatına görə, üsyançılardan birinin "Times of İsrail" qəzetinə verdiyi açıqlamasında prezident Bəşər Əsədin qüvvələrinin həmin ərazidən qaçdıqlarını deyib.
Qolan Təpələrinin İsraillə Suriya sərhədindəki bəzi bölgələr Əsəd qüvvələrinin nəzarətində qalıb. Məlumata görə, müxalifət israillə Suriya arasında münaqişəyə səbəb olmaması üçün həmin məntəqələrin ələ keçirməyib.
Digər müxalifət nümayəndəsi Mecdal Şams Əsəd qüvvələrinin buna baxmayaraq ətraf kəndləri boşaldaraq, paytaxt Dəməşqə qaçdıqlarını söyləyib.
Qaynar.info