Xəbər lenti

Müxalifət küçələrə töküldü
Dünya17:03 09.04.2013

Müxalifət küçələrə töküldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yerevanda yürüş iştirakçıları ilə polis arasında toqquşma baş verib.

Polis prezidentin iqamətgahına doğru irəliləməyə çalışan mitinq iştirakçılarını xüsusi vasitələrdən istifadə edəcəyi ilə hədələyir

Yerevanın paytaxtında etiraz aksiyası keçirən Ermənistan prezidentliyinə keçmiş namizəd, müxalifət “İrs” partiyasının lideri Raffi Ovanisyanın tərəfdarları polislə danışıqlar aparırlar. Onlar yürüş iştirakçılarını Baqramyan küçəsində yerləşən prezidentin iqamətgahına buraxılmalarını tələb edirlər.  

Xatırladaq ki, bu gün Yerevanda ikinci müddətə seçilmiş Ermənistan prezidenti Serj Sarqsyanın inauqurasiyası keçirilib. Ovanisyan seçkilərin nəticələrini qəbul etməyərək, Konstitusiya məhkəməsinə şikayət verib və bu gün Azadlıq meydanında özünün alternativ inauqurasiyasını keçirib.   

APA-nın verdiyi xəbərə görə, polis etirazçıları dövlət başçısının  iqamətgahına buraxmır və qanunsuz hərəkətlərə yol verildiyi təqdirdə mitinq iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə edəcəyi barədə xəbərdarlıq edib. Bundan bir qədər əvvəl yürüş iştirakçıları ilə polis arasında bir neçə toqquşma baş verib. 

Qaynar.info