Bunu Qaynar.info-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib. S.Əkbər müxalifət daxilində aparılan danışıqlarda qeyri-müəyyənliyin olmasından narazıdır: “Danışıqlar zamanı müəyyən təşəbbüslərin ortaya atılması, qeyri-müəyyənliyin yaradılması, danışıqlar zamanı düzgün yanaşmanın olmaması bu prosesin yubadılması təəssüratını yaradır. Belə düşünsək, daha düzgün olar”.
ACP sədri aprelin 23-də Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, “El” hərəkatının sədri Eldar Namazov arasında aparılan danışıqlara da münasibət bildirib: "Onlar niyə danışıqları öz aralarında aparırlar" sualını onların özlərinə versəniz, daha yaxşı olar. Danışıqların bu cür aparılması düzgün deyil. Mən bunu dəfələrlə demişəm. Bu cür danışıqların aparılması müxalifətin geniş birliyinin yaradılması istiqamətində doğru deyil”.