
Tunisdə tanınmış müxalifət siyasətçisi, “Xalq Hərəkatı” dünyəvi partiyasının liderlərindən biri olan Məhəmməd Brahmi yaşadığı evin qarşısında qətlə yetirilib.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, canilər M.Brahmiyə 11 dəfə atəş açdıqdan sonra motosikletlə hadisə yerindən uzaqlaşıblar.
Məhəmməd Brahmi hakimiyyətdə olan islamçıları fəal tənqid edib. O “Xalq Hərəkatı” partiyasının əsas əlaqələndiricisi və Tunisin yeni konstitusiyasının layihəsini hazırlayan Milli Təsis Yığıncağının üzvü olub.
Qeyd edək ki, bu ilin fevralında dünyəvi müxalifətin digər lideri Şokri Belaid qətlə yetirilib. Onun qətli kütləvi etirazlara və iğtişaşlara səbəb olmuşdu.
Qaynar.info