Müxalifət liderinin seçicilərindən səs toplaması üçün qızlarının gözəlliyindən istifadə etməsi reaksiya doğurub
Avstraliyalı müxalifət lideri Tony Abbottun seçicilərindən səs istəməsi üçün qızlarından istifadə eləməsi ölkədə birmənalı qarşılanmayıb.
ANN.Az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Abbott seçki üçün çəkilən bir klipdə seçicilərinə "Əgər kimə səs verəcəyinizi bilmirsinizsə, mən burdayam. Qızları heç də pis görünməyən bir adamam" - deyir. Abbott, bu sözləri söyləyərkən iki qızı da sağında və solunda olur. Müxalif lider bu anonsu edərkən salonda olan bir kişi də "Mən soldakını istəyirəm" deyir.
Partiyasının sandıqdan zəfərlə çıxacağı təqdirdə Avstraliyanın baş naziri olması gözlənilən Abbottun sözləri ölkədəki feministlərin tənqidinə tuş gəlib. Feministlər Abbottu manipulyasiya etməkdə günahlandırıblar. Qaynar.info