
İran müxalifətinin liderlərindən biri, üç ildən çoxdur, ev dustaqlığında saxlanılan Mehdi Kərrubinin həyat yoldaşı Fatimə Kərrubi videomüraciət yayıb.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, o, ərinin mövcud durumundan danışıb.
F. Kərrubi videomüraciətində bildirib ki, bir İslam dövlətində həyat yoldaşının üç ildən çoxdur heç bir ittiham irəli sürülmədən və məhkəmənin qərarı olmadan həbsdə saxlanılması təəssüf doğurur: “Mehdi Kərrubi həbsdə saxlanılırsa, hökumət həbsin şərtlərinə və çərçivəsinə əməl etməlidir. Yox əgər həyat yoldaşım girov kimi saxlanılırsa, onunla girovluğun şərtləri ilə rəftar olunmalıdır. Bizim narahatlığımız Mehdi Kərrubinin həbsi ilə bağlı deyil. Mən həyat yoldaşımın fiziki vəziyyətindən nigaranam. Çünki onun həyatı təhlükədədir”.