Milli koalisiya Əsəd rejiminin insanları məhv etməyinin qarşısını alan istənilən təşəbbüsü alqışladığını və Cenevrə konfransında iştirak edəcəyini açıqlayıb
Siyasət Suriya müxalifəti "Cenevrə-2" konfransında iştirak etmək üçün razılıq verib. Bu barədə Suriya inqilabi və müxalif qüvəllərin Milli kolalisiyasının mətbuat katibi Xalid əl Saleh məlumat verib.
Ans press-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, o, qeyd edib ki, Milli koalisiya Bəşər Əsəd rejiminin insanları məhv etməyinin qarşısını alan istənilən təşəbbüsü alqışlayır.
"Londonda ABŞ, Fransa,Türkiyə və daha 11 ölkənin imzladığı razılaşma çərçivəsində biz ikinci Cenevrə konfransında iştirak etməyə hazırıq", deyə bəyanatda bildirilir.
"İndi bizim əlimizdə 11 ölkə tərəfindən imzalanan razılaşma var. Burada Cenevre konfransında nəyin müzakirə ediləcəyi aydın göstərilib. Əsəd rejimi keçid dövrünün, sonrakı mərhələnin bir hissəsi ola bilməz".
Suriya müxalifəti həmçinin Rusiyadan Suriya məsələsindəki mövqeyi barədə yazılı bəyanat da gözləyir. "Suriya münaqişəsinin həllində iki variant var ABŞ və Rusiya. Bütün 11 ölkə yazılı şəkildə öz mövqelərini, Cenevrə konfransından nəyi və necə gölədiklərini yazılı bildiriblər. Biz Rusiyadanda öz mövqeyini belə ortaya qoymasını gözləyirik. Əks halda onun keçirilməsi ancaq vaxt itgisi olacaq. Bunuda ki, nə müxalifət, nə də Suriya xalqı istəyir. Biz vaxt itirilməsinə görə, insan həyatı ilə cavab veririk".
Qeyd edək ki, Rusiya, ABŞ və BMT ikinci konfransın vaxtı haqqında razılq əldə edə bilməyiblər.
Qaynar.info