Xəbər lenti

Müxalifətçilərə konsert verdi - VİDEO
Dünya09:51 11.02.2014

Müxalifətçilərə konsert verdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni: "Biz həmrəy olmalı, eyni məqsəd uğrunda birləşməliyik"

Ukraynanın paytaxtı Kiyevdə cərəyan edən siyasi gərginlik fonunda mərkəzi meydan və küçələrdə toplaşan müxalifət fəalları ara-sıra əyləncəyə də vaxt tapırlar. Bir qrup fəal pianonun müşayiəti ilə mahnılar oxuyub, rəqs ediblər. Müxalifət tərəfdarı olan məşhur müğənni Ruslana da, həmçinin, etirazçılara konsert verib. 

Müğənni, Ruslana: "Biz həmrəy olmalı, eyni məqsəd uğrunda birləşməliyik. Məsələ təkcə Avropaya inteqrasiya etməkdə deyil. Biz bir ölkə olaraq, Ukrayna xalqı olaraq onun bütövlüyün qorumalıyıq. Ukraynalılar bir millət kimi birləşməlidirlər". 

Bu gün isə ölkənin sabiq baş naziri Yuliya Timoşenkonun həbsxanada vəziyyətinin yaxşılaşdırılması məsələsinə dair məhkəmə dinləməsi olacaq. Müxalif UDAR partiyasının sədri Vitali Kliçko hakimlərin ədalətli qərar verəcəyindən əmin olmadığını bildirib. 

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Ukraynada cərəryan edən hadisələrlə bağlı deyib ki, tördilən istənilən zorakılıqların qarşısı alınmalı və cinayətkarlar öz cəzalarına çatmalıdırlar. Bu, ölkədə siyasi böhranın arardan qaldırılması üçün vacib vasitədir.

Qaynar.info