Xəbər lenti

Müxalifətdə istefa şoku
Dünya15:13 24.03.2013

Müxalifətdə istefa şoku

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan suriyalı müxaliflərin koalisiyasında şok istefa baş verib.

Qaynar.info-nun məlumatına görə, Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının rəhbəri Muaz əl Hatib gözlənilmədən istefa verib. 

Əl Hatib istefasını özünün Facebook səhifəsindən bəyan edib. 

Daha azad işləmək üçün bu qərarı verdiyini deyən əl Hatib Facebook səhifəsində belə yazıb: "Böyük Suriya xalqına və Allaha içində olduğumuz vəziyyət bəzi qırmızı xətlərə çatarsa istefa edəcəyim sözünü vermişdim. İndi sözümü yerinə yetirir və Milli Koalisiyadakı vəzifəmə son verirəm. Bu qərarımı daha azad işləyə bilməyim üçün verirəm". 

Əl Hatibin katibi onun istefa qərarını təsdiqləyib. 

Qaynar.info