Xəbər lenti

Müxalifətdən Paşinyanın seçki təklifinə sərt cavab
Dünya19:50 26.12.2020

Müxalifətdən Paşinyanın seçki təklifinə sərt cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın müxalif "Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərlə bağlı məsləhətləşmə çağırışını qəbuledilməz sayır.
Bu barədə Saqatelyan Feysbuk səhifəsində yazıb:
"Bu variant qəbuledilməzdir. Bir yol var  - satqının hakimiyyətdən uzaqlaşdırılması. Bundan sonra erməni xalqına azad, ədalətli, şəffaf və rəqabətli seçki keçirmək imkanı veriləcək”.
O həmçinin əlavə edib ki, Paşinyan "boşluqlar axtarır” və xalq adı arxasında gizlənməyə çalışır, əslində isə insanları aldadır.
Xatırladaq ki, Nikol Paşinyan ötən gün 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün siyasi qüvvələri məsləhətələşməyə dəvət etmişdi.
Qafqazinfo